Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümumdünya İqtisadi Forumunun hazırladığı 2024-cü ilin enerji keçidi indeksinə görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan olan dövlətləri üstələyib.
Belə ki, respublikamız 120 ölkə arasında, ümumilikdə, 60,3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da MDB ölkələrini, eləcə də qonşu dövlətləri geridə qoyub.
Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52,7 bal), Gürcüstandan (56-cı yer, 56,3 bal), Türkiyədən (59-cu yer, 55,8 bal) və İrandan (102-ci yer, 49 bal) üstün olub.Azərbaycan, eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50,1 bal), Qırğızıstan (80-ci yer, 52,7 bal) və Tacikistan (71-ci yer, 53,6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib.
Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib.
Enerji keçidi indeksi göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56,5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır.
Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78,4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edib.
İkinci yerdə 75,2 balla Danimarka qərarlaşıb. Üçüncü yeri isə 74,6 balla Finlandiya tutub.Qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi