Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq

07.03.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvondoçu təmsil edəcək.

Apasport.az xəbər verir ki, idmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, Niderlanddakı 52-ci açıq turnir martın 8 və 9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.

Taekvondoçularımız “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar Üç taekvondoçumuz Türkiyədə medal qazanıb Taekvondo hakimlərimiz Türkiyədə mükafatlandırılıb Taekvondoçumuz Türkiyə Açıq beynəlxalq turnirində bürünc medal qazanıb Taekvondoçumuz Türkiyədə gümüş medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью