“Ölkəmiz susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq”

04.06.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dünyanın müxtəlif beynəlxalq təşkilatlarının hesablamalarına görə 2050-ci ilə qədər ölkəmiz susuzluqdan əziyyət çəkən 35 ölkə arasında olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası və Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramındən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dövlət Proqramında müasir suvarma altında olan sahələrin 130 min hektardan 300 min hektara qədər çatdırılması hədəf kimi qarşıya qoyulub.

Z. Əliyev həmçinin bildirib ki, bu, məhsuldarlıq artırımına gətirib çıxaracaq. Müasir suvarma şəbəkəsinin yaradılması ilə yanaşı, torpaq konsolidasiyası da dövlət proqramının Azərbaycanda tətbiqi üçün əsas tədbirlərdən biridir.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью