Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.
Bu, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra bəlli olub. Reytinq cədvəlində ən yaxın izləyicimiz olan İsrailin “Hapoel” (Beer-Şeva) klubu Belçikada “Yunion”a dörd cavabsız topla uduzub.
Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb. UEFA reytinqində İngiltərə (106.463) 1-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın “Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubuna uduzub – 1:2.
Qabil YUSİFOĞLU
XQ