“Ölkəmizdə Aliment Fondu yaradaq”

01.05.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Bizim həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

“İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər. Biz də fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik”, - deputat bildirib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью