Ölkəmizdə bu cərrahiyyə əməliyyatına icazə verilmir?

08.12.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər dünyada cinsiyyətin dəyişdirilməsi mövzusu geniş müzakirələrə səbəb olub.

Bir çox ölkədə tibbi prosedurlar və hüquqi mexanizmlər vasitəsilə insanlar cinsiyyətlərini dəyişə bilirlər.

Bəs Azərbaycanda cinsiyyət dəyişdirilməsi əməliyyatına icazə varmı?

“Cebheinfo.az”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, Azərbaycan qanunvericiliyində cinsiyyətin tibbi yolla dəyişdirilməsinə dair norma mövcud deyil:

“Hazırda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində cinsiyyətin tibbi yolla dəyişdirilməsinə dair norma nəzərdə tutulmayıb”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью