Ölkəmizdə kolbasa istehsalı azaldı

24.05.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 439 ton kolbasa məmulatları istehsal edilib.

Redaktor.az “Trend”ə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 84 ton azdır.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 355 ton kolbasa məmulatları istehsal edilib.

Mayın 1-nə ölkədə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 8,9 ton, yaxud da 16,1% azdır.

Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью