Ölkəmizdə nə qədər ərazidə taxıl əkilir? Nazir müavini AÇIQLADI

04.06.2026

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

"Respublika üzrə doqquz min hektar ərazidə taxıl əkini aparılır".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Zaur Əliyev deyib.

O bildirib ki, buğda ilə özünütəminatı 66 faizə çatdırmaq hədəflənir:

"Hazırda Azərbaycanda ərzaqlıq buğda sahəsində məhsuldarlıq 40 sentnerdir. 20 faizlik artımla bu rəqəmi 50 sentnerə çatdırmağı hədəfləyirik. Burada məqsəd təkcə məhsuldarlığı artırmaq deyil, həm də ərzaqlıq qida keyfiyyətinə malik məhsuldar istehsala nail olmaqdır. Bu da ixtisaslaşmış rayonlarda müvafiq infrastruktur və təminat aparmaqla həyata keçiriləcək tədbirdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью