Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyada Nipah virusu (NiV) ilə bağlı narahatlıq artmaqdadır.
Virus ilk dəfə 1998-ci ildə Malayziyada aşkar olunub. Son dövrlərdə Hindistan hakimiyyəti Qərbi Benqal əyalətində, Banqladeş və digər Asiya ölkələrində yoluxma hallarına rast gəlinib.
“Cebheinfo.az” xəbər verir ki, virus əsasən yarasalar və yoluxmuş heyvanların bədən mayeləri ilə insanlara keçir.
İnsanlar arasında isə yaxın təmas, yoluxmuş şəxsin tüpürcəyinə, qanına və digər bədən mayelərinə toxunmaqla yayılır.
Yoluxanlarda yüksək hərarət, baş və əzələ ağrıları, yorğunluq və tənəffüs problemləri müşahidə olunur. Ağır hallardabeyin iltihabı və koma riski var. Hazırda virusun spesifik müalicəsi və peyvəndi mövcud deyil.
Tibb ekspertləri təmasdan çəkinməyi, əllərin gigiyenasına riayət etməyi və yoluxmuş şəxslərlə yaxından təmasdan qaçmağı tövsiyə edir. Erkən diaqnostika və simptomatik müalicə yoluxmanın qarşısını almaqda əsas rol oynayır.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin