Ölkəmizdə yeni voleybol klubu yaradılıb

28.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Ölkəmizdə yeni qadın voleybol klubunun əsası qoyulub.

İdman.biz xəbər verir ki, "DH Volley Baku" növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq.

Sabah klubun rəsmi təqdimat mərasimi keçiriləcək. Tədbirdə "DH Volley Baku"nun prezidenti, təşkilat komitəsinin üzvləri, komandanın meneceri, baş məşqçisi, köməkçi məşqçilər və müqavilə bağlanacaq oyunçular iştirak edəcəklər.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью