Ölkəmizə 83 minə yaxın avtomobil idxal olunub

18.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana ümumilikdə 1 milyard 673 milyon 213 min dollar dəyərində 82 926 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6.5% və ya 5 812 ədəd azalıb, dəyəri isə 9.9% və ya 150.8 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 738 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 2871 ədəd təşkil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью