Ölkəmizə ilk hücum edən ukraynalılar idi Skandal sözlər

23.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

1968-ci ildə Sovet İttifaqının Çexoslovakiyaya müdaxiləsinin və “Praqa baharı” adlanan hərəkatın yatırılmasının arxasında ukraynalılar dayanırdı.

Axar.az xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar ölkə televiziyasında yayımlanan siyasi tok-şou zamanı deyib.

1968-ci il hadisələrindən danışan nazir Slovakiyaya gələn ilk sovet alayının ukraynalılardan ibarət olduğunu bildirib. O, həmçinin həmin dövrdə Sovet İttifaqının lideri olan Leonid Brejnevin də ukraynalı olduğunu qeyd edib.

Tok-şouda iştirak edən müxalifət lideri Mixal Şimeçka isə hadisələrin bu cür şərh edilməsinə etirazını bildirib:

“Doğrudanmı, bunu ciddi deyirsiniz?”.

Şimeçka xatırladıb ki, Sovet İttifaqı, o cümlədən Ukrayna xalqı üçün də xalqlar həbsxanası olub. O, həmçinin Çexoslovakiyaya hərbi müdaxilə barədə qərar qəbul edən Siyasi Büronun (Politbüro) Moskvada yerləşdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью