Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi ötən illə müqayisədə 28 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 4.2 milyard manatdan çox olub. Bu vəsaitin böyük həcmi Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları da daxil olmaqla 11 ölkənin sərmayədarlarına məxsus olub. Bu artım bir neçə amillə əlaqələndirilir.