Ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edirik | Icma.az
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir.
Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Lüksemburq Deputatlar Palatasının qətnaməsinə dair açıqlamasında yer alıb.
Bildirilib ki, Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır.
Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiqlənib.
Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilib.
Tam oxu
Xəbəri oxu