Ölkəmizi layiqincə təmsil etdik Bubişta

04.07.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-nın 1/16 final mərhələsində Argentina millisinə 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran Kabo Verde yığmasının baş məşqçisi Bubişta məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"Ölkəmizi layiqincə təmsil etdik. Dünya çempionu ilə matçda iki dəfə hesabı bərabərləşdirdik, oyunu əlavə vaxta daşıdıq. Ən əsası, futbolçularımızla qürur duyuruq. Biz öz oyun üslubumuzu və kim olduğumuzu ortaya qoyduq".

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью