Ölkəmizin Aİ yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb

07.11.2026

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb".

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Biz referendum keçirdik və onun nəticələri saxtalaşdırılmasaydı, səsvermə uğurla nəticələnməzdi. Bunu demək lazımdır. Səslərin fərqi o qədər cüzi idi ki, fikrimcə, Slovakiyanın bu təşkilata üzvlüyünün təsdiqlənməsi üçün müəyyən düzəlişlər edilib", - deyə o bildirib.

Bununla yanaşı, Fitsonun sözlərinə görə, referendum keçirilən zaman Slovakiyada hakimiyyətdə olan partiyalar, eləcə də özünün təmsil etdiyi siyasi qüvvə ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyib.

Xatırladaq ki, Slovakiyanın Aİ-yə üzvlüyü ilə bağlı referendum 2003-cü ilin mayında keçirilib. Seçicilərin 52 faizi səsvermədə iştirak edib və onların böyük əksəriyyəti ölkənin Avropa İttifaqına qoşulmasının lehinə səs verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью