Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ölkəmizin yüksələn nüfuzu gözü götürməyən qüvvələri, xüsusilə Fransa kimi ölkələri ciddi şəkildə narahat edir" - DEPUTAT "İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqaz regionunda siyasi və hərbi konfiqurasiyada köklü dəyişikliklər baş verdi".
Bunu Sonxeber.az-a danışan Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan hərbi gücün tətbiqi ilə qələbə qazanaraq regional liderliyini beynəlxalq müstəvidə rəsmiləşdirməyi bacardı: "Mövcud vəziyyət ölkəmizin yüksələn nüfuzunu gözü götürməyən qüvvələri, xüsusilə Fransa kimi ölkələri ciddi şəkildə narahat etdi.
Rəsmi Paris keçmiş Minsk qrupunun həmsədri kimi beynəlxalq öhdəliklərinin əksinə mövqe sərgiləməklə Ermənistanı silahlandırmağa başladı.
Bu isə bölgədəki sabitliyə və sülhə ən böyük təhdiddir. Fransa ilə yanaşı Hindistan və cənub qonşumuz İranda prosesin aktiv iştirakçısı olma
Nəticə etibarilə, Ermənistan daxilində xarici qüvvələrin dəstəkləri fonunda revanşist meyllər genişləndi.
Təbii ki, Azərbaycan baş verən proseslərə həm diplomatik müstəvidə, həm də hərbi sferada lazımı cavab verir.