Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atmaqla, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyini tam bərpa etməklə dünyaya ədalətin, beynəlxalq hüququn mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən Azərbaycan tarixi Zəfərimizin ilk günündən işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasını təklif etdi.
Dövlət başçısı İlham Əliyev bu çağırışı səsləndirdi ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq.
Artıq o vaxtdan 4 il keçir. Sülh müqaviləsinin imzalanması prosesi uzanır.
Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməklə yanaşı, bunu daim qarşı tərəfdən də tələb edir.
Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamları diqqətə çatdırdı.
Hazırkı dövrdə Ermənistanın himayədarları tərəfindən silahlandırılması daha çox diqqətdədir, çoxsaylı sualların yaranmasına səbəb olur.