Ölkəni dərhal tərk edin

18.02.2025

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem qeyri-qanuni miqrantları dərhal ölkəni tərk etməyə və bir daha geri qayıtmamağa çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Noem sosial media hesabında ABŞ prezidenti Donald Tramp administrasiyasının gündəmində olan qeyri-qanuni mühacirlərlə bağlı paylaşım edib.

Qeyri-qanuni immiqrantları deportasiya etmək üçün ümummilli bir reklam kampaniyası başlatdıqlarını qeyd edən Noem, mühacirlərə ABŞ-i dərhal tərk etmələri barədə xəbərdarlıq edib, əks halda deportasiya ediləcəklərini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью