525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna sərhədçiləri ölkəni pivə daşıyan yük avtomobilinin çənində tərk etməyə çalışan 7 nəfəri saxlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, baş prokurorluğun dəftərxanası məlumat yayıb.
Məlumatda adı açıqlanmayan əcnəbinin 7 Ukrayna vətəndaşını pivə daşıyan yük avtomobilinin çənində ölkə ərazisindən çıxarmağa cəhd etdiyi bildirilir. Bunun üçün sürücü qaçaqlardan 6-12 min avro pul alıb. "Mamalıqa" keçid məntəqəsində axtarış zamanı onun üzərindən 34 avro götürülüb. 7 ukraynalı və sürücü həbs olunub, barələrində cinayət işi başlanıb .
Qeyd edək ki, bir neçə gün əvvəl İvano-Frankovsk əyalətində 75 yaşlı qoca da hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. O, bir neçə nəfəri 12,5 min avro qarşılığında Moldova ərazisinə qanunsuz yolla keçirmək istəyirmiş.
L.Tağıyeva