Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 6-da Ağdaş rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Ağdaş rayonu Gürcüva kəndi və şəhərin 20 Yanvar, M.Vaqif, Məşəd küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media