Ölkənin dağlıq rayonlarında 9 dərəcəyədək şaxta qeydə alınıb FAKTİKİ HAVA

04.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

"Report"un Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью