Ölkənin ən yaşlı icra başçısı kimdir? FOTO

18.11.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Ölkənin ən yaşlı icra başçısı Mübariz Əhmədzadədir. O, Zaqatala rayonuna rəhbərlik edir. Mübariz Əhmədzadə bu vəzifəyə 2009-cu ildə təyin edilib.

Mübariz Əhmədzadə 1947-ci il yanvarın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. İki ay sonra 79 yaşı tamam olacaq.

Əhmədzadə Zaqataladan əvvəl doğma Qax rayonuna rəhbərlik edib. O, 2007-2009-cu illərdə Qax rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, Mübariz Əhmədzadə 2006-2021-ci illərdə Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində calışmış Əhməd Əhmədzadənin qardaşıdır.

Fotoda: Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə/Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью