Ölkənin gündəmini sarsıdacaq bir açıqlama verəcəyəm Özgür Özəl

28.11.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Yeni Partiyanın sədri Özgür Özəl prezidentliyə namizədliklə bağlı müzakirələrə dair diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, gələn cümə günü keçirəcəyi mətbuat konfransında namizədin dəyişdirilib-dəyişdirilməyəcəyi və yeni namizədin kim ola biləcəyi ilə bağlı suallara aydınlıq gətirəcəyini bildirib.

Özəl bu açıqlamanın uzun müddət ölkə gündəmində qalacağını vurğulayıb.

Yeni Partiyanın sədri “Koza TV”nin canlı efirində cari məsələlərlə bağlı sualları cavablandırıb. O, seçki hazırlıqları, prezidentliyə namizədlik, Abdullah Öcalandan aldığı mesaj və parlamentdə yaradılması nəzərdə tutulan Monitorinq Komitəsi də daxil olmaqla bir sıra mövzulara toxunub.

Özəlin çıxışında ən çox diqqət çəkən məqam isə gələn cümə günü keçirəcəyi mətbuat konfransı ilə bağlı açıqlaması olub.

Prezidentliyə namizədin dəyişdirilməsi ehtimalı ilə bağlı suala cavab verən siyasətçi deyib: “Gələn cümə günü çox vacib bir mətbuat konfransı keçirəcəyəm. Prezidentliyə namizəd dəyişəcəkmi, yeni namizəd kim ola bilər və nə baş verə bilər? Bütün bu sualları cavablandıracağam. Bu açıqlama uzun müddət ölkənin gündəmini zəbt edəcək və sarsıdacaq”.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью