Ölkənin istehlak bazarı 5% dən çox böyüyüb

15.04.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 18,5 milyard manat olub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu ötən ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 5,1% çoxdur.

Dövr ərzində ümumi dəyərin 78,9%-ni pərakəndə ticarət dövriyyəsi, 18,1%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3%-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Birinci rübdə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,9% artaraq 17,7 milyard manata bərabər olub, onun 44,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 602,3 manat və ya illik müqayisədə nominal ifadədə 54 manat çox vəsait xərcləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью