Ölkənin xalis maliyyə aktivləri artıb

11.12.2024

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon dollar artıb.

Mərkəzi Bank xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1 441,2 milyon dollar) hesabına formalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью