Ölkənin xalis maliyyə aktivləri artıb

11.12.2024

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon dollar artıb.

Manset.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1 441,2 milyon dollar) hesabına formalaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью