“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?” Video

25.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli rejissor və aktyor Ali Atay ölkəsində baş verən istənilən hadisəyə görə məşhurların hədəfə alınmasını qınayıb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə jurnalist Fatih Altaylının yutub kanalına qonaq olarkən danışıb.

Rejissorun sözlərinə görə, ölkəsindəki təbii fəlakətlərlə məşhurlar yox, aidiyyəti qurumlar məşğul olmalıdır: “Bu ölkənin yanğını, daşqını, seli ilə niyə mən mübarizə aparmalıyam? Həyat yoldaşım övladımızı dünyaya gətirərkən niyə Maraşda (orada baş verən zəlzələni nəzərdə tutur -red.) olmalıydım? Biz nə üçün manipulyasiya edilirik?”

Rejissorun bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusu olub və birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Ali Atay aktrisa Hazal Kaya ilə evlidir. Cütlüyün 2 uşağı var.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью