“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?” VİDEO

25.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyəli rejissor və aktyor Ali Atay ölkəsində baş verən istənilən hadisəyə görə məşhurların hədəfə alınmasını qınayıb.

O bu barədə jurnalist Fatih Altaylının yutub kanalına qonaq olarkən danışıb.

Rejissorun sözlərinə görə, ölkəsindəki təbii fəlakətlərlə məşhurlar yox, aidiyyəti qurumlar məşğul olmalıdır: “Bu ölkənin yanğını, daşqını, seli ilə niyə mən mübarizə aparmalıyam? Həyat yoldaşım övladımızı dünyaya gətirərkən niyə Maraşda (orada baş verən zəlzələni nəzərdə tutur -red.) olmalıydım? Biz nə üçün manipulyasiya edilirik?”

Rejissorun bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusu olub və birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Ali Atay aktrisa Hazal Kaya ilə evlidir. Cütlüyün 2 uşağı var.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью