Ölkənizi çox bəyəndim

12.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Nani bu gün Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.

"Football-plus.az" xəbər verir ki, o, jurnalistlərə qısa açıqlamasında ölkəmizə səfərindən danışıb:

"Ölkənizdə olmağa məmnunam. Ölkənizi çox bəyəndim. Bakı şəhərində o qədər də gəzmək imkanım olmadı. Daha əvvəl bura "Sportinq"lə "Qarabağ"a qarşı oynayanda gəlmişdim. Amma bu gün bu təcrübəni yaşamaqda çox böyük xoşbəxtlik hiss edirəm. Şəhərinizi bir qədər də kəşf etmək imkanı oldu. Ümumilikdə, hər şey çox müsbətdi".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью