Ölkəyə 2 milyon manat pul daxil olub Mətləb Bağırovun məhkəməsində gizli məqamlar açıqland…
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“SalamNews” informasiya agentliyi və “İnterAz” kanalının rəhbəri olmuş Mətləb Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Demokrat.az "Unikal"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.Onlar Mətləb Bağırovun evində və iş yerində aparılan əməliyyat-axtarış tədbirlərində iştirak etdikərini, baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini söyləyiblər.
Daha sonra şahid qismində Fərid Hüseynov ifadə verib. O bildirib ki, Mətləb Bağırov bacısının əridir.
Onun sözlərinə görə, Mətləb Bağırovla birlikdə Cəlilabad rayonundan Bakıya gəliblər: "Qaradağ postunda maşını saxladılar.
Polis əməkdaşı məndən sənədləri istədi. Sənədləri verəndə nə məsələ olduğunu soruşdu. Həmin vaxt Mətləb Bağırov maşında idi.
Sonra bizi polis idarəsinə apardılar. Oradan da məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.
Məni inzibati qaydada həbs etdilər, 30 gün həbsdə saxlanıldım. Mətləb Bağırova narkotik ittihamı verildi.
Mətləb Bağırovun narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur". Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırdı.
Tam oxu
Xəbəri oxu