Ölkəyə 4 ayda 19 milyon dollarlıq oyuncaq gətirildi

04.06.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 19,5 milyon ABŞ dolları dəyərində oyuncaq idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,8% artım deməkdir.

AzPost xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk dörd ayında oyuncaq idxalına 15,5 milyon dollar xərclənmişdi.

Oyuncaqlar əsasən Çin, Rusiya və Türkiyədən idxal olunur. Bu ölkələr 2025-ci ilin ilk aylarında Azərbaycanın ümumi idxalında da ön sıralarda yer alıblar. Məsələn, yanvar ayında Çin 378 milyon dollar, Rusiya 330 milyon dollar, Türkiyə isə 175 milyon dollar dəyərində məhsul ixrac edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью