Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Komissiyası Fransanın dünyaca məşhur geyim və aksesuar istehsalçısı “Pierre Cardin” və onun ən böyük ticarət partnyoru olan "Ahlers"i ümumilikdə 5,7 milyon avro məbləğində cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, Musavat.com Komissiyanın yaydığı açıqlamaya istinadən xəbər verir bu radikal qərara iki şirkətin “Pierre Cardin” məhsullarının transsərhəd satışını məhdudlaşdırmaları səbəb olub.
Tənzimləyici qərar verib ki, Fransa moda evi və Ahlers 2008-2021-ci illər arasında "Ahlers"in Avropa İqtisadi Bölgəsindəki maraqlarını qorumaq üçün antiinhisar və rəqabət əleyhinə müqavilələr bağlayıblar.
“Bu davranış bizim vahid bazarımızı qanunsuz olaraq parçaladı.
Bu, istehlakçıların daha yaxşı sövdələşmələr axtarmasını və daha çox seçimdən faydalanmasını məhdudlaşdırdı”, - Avropa Rəqabət Komissarı Margrethe Vestager bildirib.Avropa Komissiyası dəfələrlə böyük şirkətləri sərhədyanı ticarəti məhdudlaşdırdıqlarına görə cərimələyib.
2020-ci il AK araşdırmasına görə, bu təcrübə avropalı istehlakçılara hər il əlavə 14 milyard avroya başa gəlir.Hollandiyanın İqtisadiyyat naziri Dirk Beljaarts Avropa Komissiyasını qanunvericilik səviyyəsində bu cür təcrübələri qadağan etməyə çağırıb.
Onun sözlərinə görə, bu ona gətirib çıxarır ki, “Almaniyada dərmanlar son dərəcə ucuzdur, lakin Hollandiya ilə sərhədi keçən kimi dərhal 30-40 faiz bahalaşır”.Azərbaycanda avropalıları hiddətləndirən bu hal uzun illərdir ki, adi qəbul olunmaqdadır.