Ölkəyə çomadanlarda 27,6 min ədəd siqaret gətirmək istədi

04.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda siqaret aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanlara stasionar rentgen qurğusunda baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunub:
“Yoxlama zamanı çamadanlardan gömrük orqanlarına bəyan edilməyən, məcburi nişanlama ilə nişanlanmayan 27640 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью