Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyatın tənzimlənməsində vergi siyasətinin rolu böyükdür, xüsusən də ölkəyə gətirilən avtomobillərə vergi və rüsumların tətbiq edilməsini nümünə göstərmək olar.News24.az xəbər verir ki, 25 min dollarlıq dizellə işləyən avtomobil üçün ümumilikdə 19,113.52 AZN gömrük rüsumu tələb olunur.
Bu rüsumlar gömrük, ƏDV, aksiz vergisi və digər yığımları əhatə edir.
Aksiz vergisi, qiymətli əşyalar və mineral xammal üzərindən tətbiq olunan dolayı vergidir, ölkəmizdə bu vergi bütün avtomobillərə, o cümlədən kənd təsərrüfatı məqsədli "pickup" tipli avtomobillərə tətbiq olunur.
Lakin bu tip avtomobillər daha çox sahibkarlar tərəfindən istifadə olunur və lüks avtomobillərlə müqayisədə daha aşağı qiymətə malikdir.Türkiyədə Özel Tüketim Vergisi (ÖTV) normal avtomobillərə mühərrik gücünə əsasən 45-220%, "pickup" və mikroavtobuslara isə 1-15% arasında dəyişir.
Gürcüstanda bu vergi 5-7%, Norveç, Kanada və İsveçdə isə 1-3% təşkil edir.Azərbaycanda da bu təcrübədən faydalanmaq mümkündürmü?
İqtisadçı Rəşad Həsənov qeyd edir ki, Azərbaycanda iki əsas yanaşma vergi və gömrük siyasətindəki təşəbbüsləri əngəlləyir.
Birincisi, gömrük siyasətinin daha çox fiskal məqsədlərlə istifadə edilməsi, o cümlədən dövlət büdcəsini tənzimləmək üçün önə çıxmasıdır.