Ölkəyə gətirilən maşınların sayı kəskin azalıb

22.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycana xarici ölkələrdən gətirilən avtomobillərin sayında kəskin azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 57 min 275 avtomobil idxal olunub.

“Yeni Sabah” xəbər verir ki, dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 982 ədəd və ya 33 faiz azdır.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 85 min 257 ədəd nəqliyyat vasitəsi gətirilmişdi. Statistika göstərir ki, son bir il ərzində avtomobil idxalında təxminən 28 min ədədə yaxın azalma müşahidə olunub. pizza hut

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью