Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.
Yanan nəqliyyat vasitəsinin daşıdığı 7 avtomobildən 1-i oradan kənarlaşdırılıb. 6 avtomobil isə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Murad İbrahimli