Ölkəyə idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

05.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nayida Qaçabəyova tərəfindən Qırğızıstandan idxal edilən “OcOO Qlobal Kreş” şirkətinin istehsalı olan 14 ton toxumluq kartof məhsulundan götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a məlumat verilib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası məhv edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью