Ölkəyə küllü miqdarda narkotik keçirəcəkdilər YAXALANDILAR

29.12.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində 26 dekabr tarixində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İmişli rayon sakini 1988-ci il təvəllüdlü Cəfərov Miraslan Mustafa oğlu və 1995-ci il təvəllüdlü Lənkəran rayon sakini Əlizadə Ruslan Əvəz oğlu şübhəli şəxs qismində saxlanılıb, ümumi çəkisi 8 kiloqram 886 qram narkotik vasitə (8 kiloqram 450 qram marixuana, 436 qram heroin) və 14 ədəd narkotik tərkibli metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Lent.az xəbər verir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью