Ölkəyə turist axını artıb

08.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il Azərbaycana 2,6 milyon xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Teleqraf.com Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, səfər edənlərin sayı 2023-cü illə müqayisədə 26 faiz artıb.

Ötən ilin dekabrında ölkəyə 214 min 678 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. İl ərzində ölkəmizə ən böyük turist axını iyulda qeydə alınıb.

Hesabat dövründə Azərbaycana ən çox turist Rusiya, Türkiyə, Cənubi Asiya və Yaxın Şərqdən gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью