Olmalı olduğumuz səviyyədən çox uzaq göründük Angelos Postekoğlu

07.02.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Liverpul"a 0:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu yenilgini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalı mütəxəssisin sözlərini London klubunun rəsmi saytı belə çatdırıb:

"Ağır və üzücü axşam oldu. Biz oyunun nəbzinu tuta, bacardığımız kimi oynaya bilmədik. İstər topla, istərsə də topsuz... "Liverpul"un oyunun ritminə çox tez düşməsinə imkan verdik. Bu isə o deməkdir ki, matça nəzarət edən tərəf deyildik. Olmalı olduğumuz səviyyədən çox uzaq göründük. Hə, rəqib çox yaxşı komandadır, futbolçuları da formalarının pikindədirlər. Yəni bizim işimiz asan deyildi, amma yenə də hər şeyi fərqli şəkildə edə bilərdik".

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью