Olmayan yerdən ümidlənmək

04.12.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” Azərbaycan Kubokunda mərhələ adlayıb. Vasili Dambrauskasın rəhbərlik etdiyi kollektiv Qubada “İmişli”dən üstün olub.

Əsas vaxtı bərabərliklə bitən matçda həlledici qol əlavə vaxtda vurulub. Kahim Parris “Sabah”ın bərabərlik qoluna imza atıb – 2:1.

“Sabah” ardıcıl ikinci oyunda “İmişli”yə qalib gəlib. Bundan öncə Premyer Liqada Qubada 3:0 hesablı qələbə qazanan “bayquşlar” bu dəfə daha çox güc sərf etməsinə baxmayaraq, yekunda sevinən tərəf oldu.

Oyunun son dəqiqəsində “İmişli”nin penalti qazandığı və oyunu əlavələrə aparan epizod mübahisəlidir. Top “Sabah”ın oyunçusu Umarali Rahmonaliyevin üzünə dəysə də, hakim penalti təyin etdi. Maraqlısı odur ki, VAR da bunu təsdiqlədi. Matçdan sonra açıqlama verən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qərarların şərhi zamanı “içim yanır” deməklə, vəziyyətin necə olduğunu bir daha göstərdi.

Son turlarda çempionatda artan hakim xətaları hər məşqçini narazı salmaqdadır. Hakimlər Komitəsinin sədri dəyişib (red-Blekerin əvəzinə Rəhim Həsənov təyinat alıb) və indi gözləntilər fərqlidir. Mövsümöncəsi hazırlıq keçməyən, bir-ikisindən başqa beynəlxalq oyun görməyən referilərin yerli çempionatdakı mübahisəli idarəçiyili hər tur müzakirə olunur.

Gedişat yaxşı deyil. Bilərəkdən/bilməyərəkdən verilən qərarlar ciddi narazılıqlar yaradır. Artıq məsələ o yerdədir ki, məğlub olan, xal itirən tərəf oyunu unudur, ancaq hakimlərdən danışır…

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью