Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Alimlər ilk dəfə ölüm anında insan beynində baş verənləri qeydə alıblar.
Araşdırmalar göstərir ki, beyin dalğalarındakı dəyişikliklər ölüm zamanı yaddaş və emosional mərkəzləri aktivləşdirə bilər.
Redaktor.az-ın yerli mediaya istinadla məlumatına görə, beynimizin necə işlədiyi və ölüm anında baş verənlər bəşər tarixinin ən böyük sirlərindən birinə çevrilib.
Lakin alimlər ilk dəfə ölüm ayağında olan insan beynini qeydə alaraq bu böyük sirri işıqlandıra biliblər.
ABŞ-də aparılan araşdırmada 87 yaşlı kişinin ölüm anındakı beyin fəaliyyətləri elektroensefaloqramma (EEQ) ilə izlənilib və əldə edilən məlumatlar olduqca təəccüblü olub.
Tədqiqat epilepsiya xəstəsi olan 87 yaşlı xəstənin beyin dalğaları ölümündən 15 dəqiqə sonraya qədər qeydə alınıb.
Araşdırmanın aparıcı həkimi Ajmal Zemmar, EEG nəticələrində diqqətəlayiq bir vəziyyətlə qarşılaşdıqlarını bildirib.