Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Deyirlər yaxşı yaşamaq üçün çoxlu pul lazımdır, amma indi ölmək də baha başa gəlir.
Dəfn və mərasim xərcləri vəfat edən edən şəxsin ailəsi və yaxınlarını düşündürən əsas məsələlərdəndir.
Belə ki, meyitin yuyulmasından ehsanınadək olan bütün proseslər maddiyyat tələb edir.
Lökbatan qəsəbəsinin axundu Faiq Əhmədov bildirib ki, şəhər mərkəzinə nisbətən ətraf qəsəbələrdə dəfn xərci daha azdır.
“Yuyub-kəfənləmək təxmini 60 AZN edir. Ümumiyyətlə tabut pulsuzdur. Meyit daşıyan maşınların icarəsi isə təxmini qəsəbədə 30-40 AZN-dir.
Mollaların hüzr yerində iştirakının kankret qiyməti yoxdur. Ev yiyəsinin nə qədər verməyindən asılıdır, təxmini 30-50 AZN olur”,-deyə axund
Qəsəbə məzarlıqlarına nəzarət edən şəxslərin sözlərinə görə, burada məzar yerləri ödənişsizdir.