Ölməkdən qorxuram VİDEO

24.12.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Müğənni Təranə Qumral açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan ifaçı qorxusunu dilə gətirib.

Səmimi etiraf edən sənətçi plastik əməliyyat keçirməməsinə aydınlıq gətirib.

Efirdə ağlayan müğənni bunları deyib:

"Mənə deyirlər ki, niyə plastik əməliyyat keçirmirsən. Ölməkdən qorxuram. Özüm tək olsam, qorxmaram. Övladımın anasız yaşamağından çox qorxuram. Özüm bu çətinliyi yaşamışam. Heç kimi qınamaq olmaz. Qız üçün ana çox vacibdir. Övladımın anasız qalmasından çox qorxuram.  Mənə deyirlər ki, müxtəlif əməliyyatlar etdirib demir. Mən elə bir insanam ki, öz həyat hekayəmi danışmışam, bunu gizlətmərəm".

Hüseyn 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью