Fanat saytına istinadən Icma.az xəbər verir.
"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo adının "Arsenal" və başqa klublarla yanaşı çəkilməsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, iş yerini dəyişmək barədə düşünmədiyini bildirib:
"Barselona" azarkeşləri narahatlığına heç bir əsas yoxdur. Başqa nəsə deməyə ehtiyac görmürəm".
Olmo 2024-cü ilin avqustunda "Barselona" ilə 6 illik müqavilə bağlayıb. Geridə qalan mövsümdə "blauqrana"nın heyətində bütün turnirlərdə 49 matça çıxan orta xətt oyunçusu 8 qol və 10 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro məbləğində dəyərləndirir.
Toğrul