Olmo bu gün Benfika ilə keçiriləcək oyunu buraxacaq

21.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

26 yaşlı futbolçu La Liqanın 20-ci turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb. O, tibbi müayinədən keçib. Onun ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Beləliklə, Daniel Çempionlar Liqasında bu gün keçiriləcək "Benfika" və La Liqada yanvarın 26-da baş tutacaq "Valensiya" ilə keçiriləcək oyunları buraxacaq. 

Qeyd edək ki, bu mövsüm Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью