Olmo ilin sonuna kimi oynamayacaq Rəsmi

03.12.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” yarımmüdafiəçisi Dani Olmonun son matçda aldığı zədə ilə bağlı rəsmi məlumat yayıb.

Apasport.az xəbər verir ki, La Liqada keçirilən “Atletiko Madrid” – “Barselona” oyununda ispan futbolçunun sol çiyni çıxıb. Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra Olmonun əməliyyatsız, konservativ müalicə üsulu ilə sağalacağı bildirilib.

“Blauqrana”nın açıqlamasına görə, yarımmüdafiəçinin bərpa müddəti təxminən bir ay olacaq. Bu səbəbdən Olmo 2025-ci ilin sonuna qədər meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Barselona” hazırda La Liqada liderdir və ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır. 

"Çelsi"nin keçmiş futbolçusu vəfat edib Qazaxıstan yığmasının baş məşqçisi müəyyənləşib “İlin məşqçisi” adına 6 namizəd açıqlanıb FIFA VAR-ın səlahiyyətlərini artırır: 2026 Dünya Kubokunda yeni qaydalar Haalanddan yeni rekord - ən tez 100-ə çatan oyunçu oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью