Olmo özünə başqa klub axtarır? Agenti AÇIQLADI | Icma.az
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dani Olmonun agenti Endi Bara futbolçunun “Barselona”da qeydiyyatla bağlı problemlər fonunda özünə yeni klub axtarıb-axtarmayacağına cavab verib.
Lent.az xəbər verir ki, o, yarımmüdafiəçinin Kataloniya komandasını tərk etmək fikrində olmadığını bildirib. “Başqa klublar axtarmırıq.
“Barselona” ilk və son variantdır. Dani, atası, bütün ailəsi, mən – heç birimiz başqa variantları düşünmürük”.
Qeyd edək ki, İspaniya Futbol Federasiyası “Barselona”nın yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktoru 2024/2025 mövsümünün ikinci yarısı üçün ərizəyə daxil etmək istəyini nəzərə almayıb.
"Barselona" Olmonu 2024-cü ilin yayında 55 milyon avroya "RB Leypsiq"dən alıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu