Olmo PSJdə? SON DURUM

29.12.2024

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo karyerasını Fransada davam etdirə bilər.

Fanat.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, PSJ-nin baş məşqçisi Luis Enrike rəhbərlikdən 26 yaşlı futbolçunun transferini istəyib.

"Barselona" futbolçunu La Liqada mövsümün qalan hissəsi üçün qeydiyyatdan keçirməkdə problemlə üzləşib. Onun qeydiyyat müddəti dekabrın 31-də başa çatacaq.

Daha öncə orta xətt oyunçusunun "Mançester Yunayted"ə keçməyə yaxın olduğu bildirilmuşdi.

Qeyd edək ki, Olmo "Barselona"dakı ilk mövsümündə bütün turnirlərdə keçirdiyi 15 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью